Maşının 2 ci sahibiyəm. 2013 cü ildə rəsmi servisdən alınıb 12 il bir nəfər idarə edib sonra mən almışam 2 ildir də mən idarə edirəm. Servis kitapçaları və ikinci açarı hər biri məndədir.
- Maşın öz adımadır. Texniki baxışı, sığortası hər biri qaydasındadır. Cəriməsi və yaxud qaydasında olmayan sənədi yoxdur.
- Motor, karopka, peredok, rulevoy, xadavoy hər biri super vəziyyətdədir. 2.4 orginal zavod yağ nasosu üzərindədir və təyziqini servisdə yoxlatdırmışam qaydasındadır. Qovulmamış incidilməmiş maşındır, səliqəli sürülüb. Zavod zapaska disk təkəri belə üzərindədir.
- Mütəmadi olaraq 4500 km dən bir motor yağı dəyişilib, antifriz jitks və karopkanın yağı nəzarətdə saxlanılıb.
- Farsonka, zaslonka təzəlikcə yuyulub, kollektorun rezinləri, yanacaq filteri sveçalar hər biri yeni dəyişilib, kvadrat sport görünüşlü təkərləri təzə almışam.
- 20 mm rəsmi sertifkatlı spaceri, fioletvi patpresi, sport görkəmi var, lezva diskləri təzəlikçə laklatmışam. Maşın canlı şəkildəkindən də qəşəng görsənir.
- Lyuku, kondisoneri, peçi, oturacaq soyudub isidənləri, infinty səs sistemi, işləyir. Boz rezin toz götürməyən eva ayaqaltılar almışam, ayaqaltı işıqlar çədirmişəm.
- Blijni, dalni, dumannı, hər buri lupalı ledlərlə əvəz olunub işıqlandırması çox yaxşıdır.
- Maşında udar, dəyişən detal yoxdur. sadəcə ön bufer və bir iki daş dəyən yerlər var kraskalanıb 95 faiz bez kraskadır.
- Sadəcə istəyə uğun olaraq polirovka oluna bilər.
Satmaqda tələsmirəm. Heç bir problemi yoxdur yenə də İstənilən yerdə yoxlada bilərsiniz nə xərci çıxsa qiymətdən çıxacam real müştərilə maşına baxdıqdan sonra razılaşmaq olar.
İşlə bağlı hərdən nömrəmə zəng çatmaya və yaxud cavab verməyə bilərəm 7/24 wp dan da yiga ve yaza da bilersiniz cavab verecem.