Yeni Günəşli qəsəbəsində, D massivində, Xəzər İnşaat 2 yaşayış kompleksində 42 m², 2 otaqlı studio tipli mənzil kirayə verilir.
Qeyd edim ki, mənzil təxminən 1 ay sonra boş olacaq. Evdəki bəzi əşyalar, o cümlədən divan, stol-stul və TV başqaları ilə əvəzlənəcək.
Girişdə ayaqqabı və üst geyimləri üçün dolab var. Yataq otağında taxt, termo, şkaf və taxtın tumbaları mövcuddur. Taxtın hər iki tumbası var və kifayət qədər geniş bazaya malikdir. Mənzilin kiçik balkonu var.
Qaz, su və işıq daimidir. Mənzil yaşayışın 2-ci mərtəbəsindədir, çöldən 3-cü mərtəbə kimi görünür, 1-ci mərtəbə qarajdır. Mənzil tamamilə isti poldur. Qışda kombini 40 dərəcədə saxlamaqla belə kifayət qədər normal istilik olur. Kondisioner də mövcuddur.
Mənzil yalnız ailəyə verilir. Gənc ailə üçün idealdır. Kompleksin geniş həyəti var. Sentyabr ayından iyun ayına qədər həyətdə avtomobil saxlamaq mümkündür.
Kommunal və komendant ödənişləri kirayə qiymətinə daxil deyil.
Xahiş olunur, vasitəçilər narahat etməsin.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Suraxanı ray., Yeni Günəşli qəs.