Qiymət gün sayına, adam sayına və həftə sonuna görə dəyişə bilər.
Qəçreş-Xınalıq yolunda, Nazlı bulaq, Şah əsəri yaxınlığında, Maajid Quba Hotel ilə üzbəüz, asfalt yoldan 50 m məsafədə yerləşən, təmiri 2 gün əvvəl tamamlanmış, həm yay, həm də qış ayları üçün tam şəraitli iki mərtəbəli ev kirayə verilir.
Ev dağ mənzərələri və meşə ilə əhatələnib, Qudyalçayın səsi eşidilir. Daimi bulaq suyu, qaz, işıq, internet və kombi sistemi ilə təchiz olunub.
Evin sahəsi 200 m², həyətyanı sahəsi isə 12 sotdur. Ev 12 nəfərlik nəzərdə tutulub, maksimum 15 nəfər qala bilər. Mebellər, elektronika və digər əşyalar yenidir. Həyətdə 5 maşın yerləşə bilər.
Qəçreşdən sonra 2-ci kənddir. Sedan avtomobillə belə rahat gəlmək mümkündür.
Həyətdə geniş besedka var. Manqal, şiş, setka, samovar, kömür, odun və digər ləvazimatlar mövcuddur. Yaxınlıqdakı restoranlardan evə yemək sifariş etmək mümkündür. Ətrafda marketlər də var.
Elan növü: Günlük kirayə
Əmlak növü: Bağ evi
Xüsusiyyətlər: Orta təmirli
Yerləşmə: Quba