Vəzifə Öhdəlikləri:
Elektrik və mexaniki işlərin yerində baxışının keçirilməsi və qiymətləndirilməsi;
Smetaların tərtib edilməsi və hazırlanması;
Sifarişçilərdən daxil olan sorğuların qiymətləndirilməsi və tələb olunan işçi qüvvəsinin müəyyənləşdirilməsi;
Layihə sahəsində işlərin düzgün, keyfiyyətli və təhlükəsiz şəkildə icra olunmasına nəzarət edilməsi;
İşçilərin gündəlik fəaliyyətinin izlənilməsi və koordinasiya edilməsi;
Layihə planına uyğun olaraq iş qrafikinin icrasının təmin edilməsi;
Təchizat, material və avadanlıqların vaxtında çatdırılmasına və düzgün istifadəsinə nəzarət edilməsi;
İş təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi;
Müştərilərlə davamlı ünsiyyətin və layihə üzrə koordinasiyanın təmin edilməsi;
Müştəri və rəhbərlik üçün gündəlik hesabatların hazırlanması;
Layihə sahəsində yaranan problemlərin və gecikmələrin vaxtında müəyyən edilərək həll olunması.
Tələblər:
Müvafiq vəzifə üzrə 8–10 il iş təcrübəsi;
Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır;
Sahə üzrə müvafiq sertifikatların olması üstünlükdür;
MS Office proqramları üzrə yaxşı bilik, AutoCAD biliyi üstünlükdür;
Layihə idarəetməsi və komanda rəhbərliyi bacarığı;
İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik;
Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
İş qrafiki: həftənin 5 günü, 08:00–17:00;
İş yeri: Bakı-Salyan yolu.
Təklif Edirik:
Vəzifə üzrə əmək haqqı 2000 AZN+ KPİ bonus sistemi
Rəsmi əmək müqaviləsi
İş şəraitinə uyğun avadanlıq və dəstək
Peşəkar inkişaf imkanları: təlimlər, kurslar, yüksəlmə və bacarıqların artırılması üçün imkanlar.
Əlavə iş saatları Azərbaycan qanunvericiliyinə uyğun ödənilməsi
Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Layihə üzrə koordinator/Sahə Nəzarətçisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 14.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/vertex-komandamiza-pesekar-ve-tecrubeli-layihe-uzre-koordinator-sahe-nezaretcisi-151063