“Range Rover” 2012-ci il istehsalı, mühərrik həcmi 5.0-dır. Yürüş orijinaldır - 108 000 km, istənilən yerdə yoxlanıla bilər. Tam dolu komplektasiyadır, “Autobiography” versiyasıdır. Vuruğu, qəzası və boyanan detalı qətiyyən yoxdur. Avtomobil texniki və kosmetik cəhətdən əla vəziyyətdədir, heç bir problemi yoxdur və heç bir xərc tələb etmir. Vaxtlı-vaxtında bütün xidmətlər göstərilib və çox səliqəli saxlanılıb. Mühərrikin yağı və akkumulyator yeni dəyişilib, təkərləri də yenidir. Daima qaraj şəraitində saxlanılır. Real alıcıların əlaqə saxlaması xahiş olunur. Qarşılıqlı razılıq əsasında qiymətdə müəyyən endirim etmək mümkün ola bilər.