İş haqqında məlumat:
Müştərinin iş yerində Podratçının əsas əlaqələndirici nümayəndəsi kimi çıxış etmək;Layihə müddətində Müştərinin iş yerində həyata keçirilən gündəlik layihə fəaliyyətlərini koordinasiya etmək;Müştərinin biznes bölmələri, İT, analitika komandaları və digər maraqlı tərəflərlə Podratçı arasındakı əməkdaşlığı koordinasiya etmək;Xidmətlərin göstərilməsi üçün Müştəridən tələb olunan məlumatların toplanmasını və vaxtında təqdim edilməsini koordinasiya etmək;Podratçı tərəfindən hazırlanmış təqdimat, hesabat və digər nəticələrin nəzərdən keçirilməsini, rəylərin ümumiləşdirilməsini və təsdiq prosesinin koordinasiyasını təmin etmək;Layihənin təşkilati fəaliyyətlərinin icrasını izləmək və rəhbərliyin qərar verməsini tələb edən məsələləri vaxtında eskalasiya etmək;Razılaşdırılmış fəaliyyət planı üzrə tapşırıqların icrasını izləmək və Müştərinin məsul nümayəndələrinin layihə fəaliyyətlərinə vaxtında cəlb olunmasını təmin etmək;İşgüzar görüşlərin, seminarların, müsahibələrin və layihə nəticələrinin nəzərdən keçirilməsi sessiyalarının təşkilini və koordinasiyasını həyata keçirmək.
Tələblər:
Enterprise səviyyəli İT layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi;Bank və ya maliyyə sektorunda layihələrin həyata keçirilməsi üzrə təcrübə;Güclü kommunikasiya, koordinasiya və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;Biznes, İT və analitika komandaları arasında işin koordinasiyası üzrə təcrübə;Güclü təşkilati və planlaşdırma bacarıqları, eyni zamanda çoxsaylı maraqlı tərəflərlə paralel işləmək bacarığı;Azərbaycan və ingilis dillərini səlis bilmək;Çoxdilli iş mühitində təcrübə əlavə üstünlük hesab olunur.İş şərtləri İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/09/2026