Şəxsi avtomobilimdir. Modelinin ən dözümlü və arzuolunan versiyasıdır – Long (Uzun baza) və AWD (Tam çəkişli). Avtomobil 2013-cü il istehsalıdır və yürüşü (280,000 km) tamamilə orijinaldır.
Mühərrik və Sürətlər Qutusu: Saat kimi işləyir, yağ yemə və ya səs-küy yoxdur. Vaxtı-vaxtında yalnız orijinal ehtiyat hissələri və yüksək keyfiyyətli yağlarla servis olunub.
AWD Sistemi: Tam çəkiş sistemi istənilən hava şəraitində mükəmməl yol tutuşu və təhlükəsizlik təmin edir.
Komfort: Arxa oturacaqların elektrik tənzimlənməsi, qızdırılması və soyudulması. Salon çox səliqəli saxlanılıb, dərisində ciddi aşınma yoxdur.
Audio: Mark Levinson premium səs sistemi.
Asqı Sistemi: Pnevmatik asqı ideal vəziyyətdədir,yeni və orjinalı ilə əvəz olunub yumşaqlığı və komfortu Lexus LS adına layiqdir.
Avtomobilə çox həssaslıqla baxılıb. Heç bir ciddi qəzası və ya vuruğu olmayıb. Bütün elektronika və funksiyalar (lyuk, park radarları, arxa kamera, qapıların "prisos"ları) işlək vəziyyətdədir. Hazırda heç bir xərc tələb etmir.
Avtomobil 0-dan özümdə olub xidməti avtomobil kimi istifadə olunub və yalnız 95 benzindən istifadə olunub və yağ dəyişməsi hər 4000-4500kmdə bir dəyişilir.Faraları yenilənib,təkərləri təzədir,amartizatorlar yeni tam orjinalı ilə əvəz olunub.