Müəssisənin maliyyə əməliyyatlarının ƏL/TMM qanunvericiliyinə uyğunluğunun monitorinqi və təhlilini həyata keçirmək;ƏL/TMM tələblərinə əsasən şübhəli əməliyyatları identifikasiya etmək, araşdırmaq və müvafiq hesabatları hazırlamaq;Müştərilərin tanınması (KYC) və əməliyyatların monitorinqi proseslərində iştirak etmək;ƏL/TMM tələblərinə əsasən əməliyyatlar üzrə risk göstəricilərinin (red flag indicators) tətbiqi və izlənməsini təmin etmək;Maliyyə Monitorinqi Xidmətinə və digər dövlət qurumlarına təqdim olunacaq hesabatları hazırlamaq və vaxtında təqdim edilməsini təmin etmək;ƏL/TMM üzrə daxili qaydaların, prosedurların və nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək;Əməkdaşların ƏL/TMM tələbləri üzrə maarifləndirilməsi prosesində dəstək göstərmək;Maliyyə monitorinqi və uyğunluq fəaliyyəti çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Hüquq və ya əlaqəli sahələr); Minimum 3 il maliyyə əməliyyatları, audit, compliance və ya ƏL/TMM sahəsində təcrübə; “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun və əlaqəli normativ aktlar üzrə biliklər;Maliyyə əməliyyatlarının analizi, sənədləşdirilməsi və hesabat hazırlanması bacarıqları; MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı; analitik proqramlarla işləmək bacarığı üstünlükdür; Yüksək diqqətlilik, məsuliyyət və məxfilik prinsiplərinə ciddi riayət etmək; Azərbaycan, ingilis dilində sərbəst yazı və danışıq; rus dili bilikləri üstünlükdür;Komandada işləmə, analitik düşünmə və operativ qərarvermə bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərpoçt MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azerpost/azerpost-maliyye-monitorinqi-sobesinin-aparicibas-mutexessisii-33025/apply