Əsas vəzifə öhdəlikləri:
Baş mütəxəssis Cəmiyyətin Baş mühasibi və Maliyyə Rəhbərinə hesabat verir;
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsində müstəsna rol oynayır;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
Əkinçilik və heyvandarlıq üzrə mühasibat uçotunun təşkil edilməsində iştirak edir;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsində iştirak edir;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr tərtib edir;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasında iştirak edir;
Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil edir;
Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə icra edir;
Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsini icra edir;
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsini təmin edir;
Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir;
Dövlət orqanlarına olan hesabatların doğruluğunu təsdiqləndikdən sonra tədim edir;
Subsidiya alınması üçün sənədlərin hazırlanması və təqdim edilməsini təmin edir;
Anbar silinmələri , xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını və uyğunsuzluq olarsa düzəldilməsini təmin edir;
Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin edir;
Təhtəl hesablamaları aylıq olaraq qaytarılmasını , işlərin yekunlaşmasına nəzarət etmək;
ƏDV , şəxsi hesab vərəqəsi və digər hesabları aylıq olaraq yoxlanılması , kənarlaşmaları həll edir;
Aylıq və illik inventarizasiya prosesinin təşkilində müstəsna rol oynayır, prosesi aktlarla yekunlaşdırıb hesabat verir;
İllik əsas vəsaitlərin inventarizasiya proesinində iştirak edir , prosesin icrasını izləyir , 1C-də lazımı düzəlişləri edir;
Satış müqavilələrin təsdiqi,qruplaşdırılması və toplanılması;
Kassa əməliyyatlarına nəzarət edilməsi,Gündəlik kassa hesabatının yoxlanılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Tələblər:
Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
Minimum 3 il aparıcı mühasib və ya mühasib kimi iş təcrübə;
Əkinçilik və heyvandarlıq üzrə təcrübə; (arzuolunandır)
Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
Vergi qanunvericiliyini mükəmməl bilməli;
İdarəetmə və təşkilatçılıq bacarıqları.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00 (08:00-17:00, 09:30-18:30 iş qrafiki ilə də işləmək mümkündür)
Əmək haqqı: 1800 gross
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasibatlıq şöbəsinin baş mütəxəssisi” qeyd edərək göndərməyinizi xahiş edirəm.
Son müraciət tarixi: 21.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-muhasibatliq-sobesinin-bas-mutexessisi-151701