Numark NS4FX 4 kanallı professional DJ kontroller canlı çıxışlar, klub proqramları, toy və tədbirlər üçün nəzərdə tutulmuş güclü və funksional idarəetmə sistemidir. Qurğu Serato DJ Lite proqramı ilə birlikdə təqdim olunur və dərhal 4 kanalda miks etməyə imkan verir. Eyni zamanda Serato DJ Pro ilə tam uyğun işləyir və istənilən vaxt daha geniş funksiyalara keçid mümkündür. Virtual DJ və Algoriddim djay Pro AI proqramlarını da dəstəkləyir. 6 düym ölçülü capacitive touch jog wheel və çoxrəngli ekran DJ performans zamanı dəqiq nəzarət və vizual rahatlıq təmin edir. Hər kanalda ayrıca Filter düyməsi, 3 zolaqlı full kill EQ, 8 performance pad, inkişaf etmiş FX bölməsi və uzun pitch faderlər mövcuddur. Balanslı XLR çıxışlar və peşəkar 24 bit səs kartı yüksək keyfiyyətli və stabil səs ötürülməsini təmin edir.