Qazanxana avadanlıqlarının və istilik sistemlərinin fasiləsiz, təhlükəsiz və düzgün işləməsini təmin etmək.Qazanların işə salınması, dayandırılması və iş rejiminə nəzarət etmək.Qazanların temperatur, təzyiq, su səviyyəsi və digər texniki göstəricilərini mütəmadi yoxlamaq.Qazanxana avadanlıqlarının gündəlik texniki baxışını həyata keçirmək.Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və müvafiq rəhbərliyə məlumat vermək.Zəruri hallarda texniki xidmət və təmir işlərində iştirak etmək.Qazanxana avadanlıqlarının düzgün işləməsi üçün tələb olunan yoxlamaları aparmaq.İstilik, isti su və digər müvafiq sistemlərin işinə nəzarət etmək.Gündəlik iş göstəricilərini və texniki qeydləri müvafiq jurnalda qeyd etmək.Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.Qazanxanada təmizliyi və iş sahəsinin səliqəli saxlanılmasını təmin etmək.İş zamanı aşkar edilən təhlükəli vəziyyətlər barədə dərhal rəhbərliyə məlumat vermək.
Tələblər:
Müvafiq sahə üzrə texniki və ya peşə təhsili arzuolunandır.Qazanxana avadanlıqları ilə işləmək bacarığı.Texniki təhlükəsizlik qaydalarını bilmək.Məsuliyyətli və diqqətli olmaq.Komandada işləmək bacarığı.Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Vakansiya növü: Tam ştat
Şirkət: Baku Marriott Boulevard Hotel
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/absheronhotelgroup-1/absheronhotelgroup-1-qazanxana-operatoru-80590050/apply