Kiçik və orta boy quşlar üçün böyük ölçüdə geniş və hündür qəfəs. 104x47x36 sm ölçüdə Saray üslublu dam quruluşuna malik bu hündür quş qəfəsində çox sayda dalğalı tutuquşular, kanareyalar, amadinlər və digər kiçik və orta ölçülü ekzotik quşları bəsləyə bilərsiz. Üçmərtəbəli dam dizaynı quşlar üçün həm geniş hərəkət imkanı yaradır, həm də estetik görünüşə malikdir.Qəfəs korpusu davamlı metaldan (çox vaxt polad və ya ağ toz boyalı dəmirdən), altlığı isə asan təmizlənən plastikdən hazırlanır. Alt hissəsində təmizlik işlərini asanlaşdıran çıxarıla bilən çəkməcə (padnos) mövcuddur. Qəfəs daxilinə 3 ədəd tüxta tünək və 4 ədəd yem-su qabı daxildir. oyuncaqlar sifariş verə bilərsiniz.