Qızılı rəngin eleqantlığı və incə işlənmiş detalların harmoniyası bu dəsti ilk baxışdan xüsusi edir. Zərif səkkizbucaqlı formalı saat korpusu parlaq daşlarla bəzədilib və klassik açıq rəngli siferblatla tamamlanıb. Saatın incə metal qolbağı həm rahat istifadə, həm də dəbdəbəli görünüş təqdim edir. Dəstə daxil olan yarpaq motivli qızılı bilərzik isə təbiətdən ilham alan zərif dizaynı ilə seçilir. Parlaq daş əlavələri aksessuara incə parlaqlıq bəxş edir və saatla birlikdə olduqca ahəngdar görünüş yaradır. Gündəlik geyimdən tutmuş klassik və ziyafət üslubuna qədər hər obrazı tamamlayan universal aksesuardır.