Qədimi (vintage) Çexoslovakiya istehsalı olan qrafin (sürahi) və 6 ədəd hündür stəkan dəsti satılır. Məşhur Bohemiya (Bohemia) dumanlı şüşəsidir, üzəri qızılı gül naxışları ilə işlənib.Çat qırığı yoxdur, ideal vəziyyətdədir. Vitrində bəzək kimi saxlanılıb. Evinə retro və klassik üslubda dəyərli qab-qacaq istəyənlər və ya kolleksiyaçılar üçün gözəl seçimdir.