İş haqqında məlumat:
Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi;Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür);Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları;Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq;MS Office proqramları ilə işləmə bacarığı.
Şirkət təklif edir:Rəqabətədavamlı əmək haqqı;Peşəkar komanda ilə işləmək imkanı;Karyera və inkişaf perspektivləri.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu hissəsində “Qrup rəhbəri” ( Bərdə ) sözünü qeyd etməklə [email protected] mail ünvanına və ya +99470 374 71 99 Whatsapp nömrəsin göndərə bilərsiniz.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 04/10/2026