Diqəqtlə oxuyun. Okean RP 225 model radio 1989-cu il SSRİ istehsalıdır. Bizdəki Okean çoxlu sayda, onminlərlə buraxılmış Okean 225 Veras modeli deyil, limitli sayda buraxılmış Okean RP 225-dir. Həmin bu azsaylı modelin bir hissəsi ön paneldə dünya xəritəsi həkk edilmiş formada istehsal edilib. Bizdəki isə xəritəsiz buraxılmış və çox az say təşkil edən nüsxədir. Azərbaycanda hələ ikincisinə rast gəlməmişik. Radio kolleksiyaçları bütün bu məlumatları bilirlər, ətraflı rus saytlarından da araşdırmaq mümkündür. Yutubdan bir rus kolleksioneri ilə yazışmışıq və bildirir ki, bu variant açıq mənbələrdə yazılmayan səbəbdən məhdud sayda buraxılıb.
Bizdəki ideal vəziyyətdə qalıb. Antena uzatmışam və UKV əsasında 5 ədəd FM kanalı tutur. Alacaq şəxs istəsə, bütün FM kanalları yığmaq mümkündür. Hazırda heç bir detalı dəyişdirilməyib, tam orijinaldır.
Okean radio sovet ssri okean 225 antik radio #radio #soviet #sovet #ssri #retro #kolleksiya