Şamaxıda həyət evi kirayə verilir. Tələbələr yox, ailəli şəxslər müraciət etsin.
Evdə rahatlıq baxımından hər şərait var. Təkcə kombi yoxdur. Hər iki yataq otağında boş paltar dolabı yer alır. Sanuzel (hamam-tualet) yuxarı mərtəbədədir (həyətdə də var). İki ariston: böyüyü hamamda, balacası mətbəxdə. Hamamdakı əl-üzyuyandan savayı biri də dəhlizdədir. Dəhlizdəki krana da isti su gəlir. Evdə stol-stullar, şkaflar ( qab, kitab, paltar, ayaqqabı şkafı), ütü stolu, plesos, TV, kondisioner, paltaryuyan maşın var.
Ev Soyqırım abidəsindən aşağı küçədədir. Kiçik bağı var. Bağ tərəfə baxan pəncələrdən Cümə məscidi və ətrafları, "şestoy" görünür.
Evin içinin və həyətin videogörüntüsü də var. Maraqlananlar əlaqə saxlayıb kadrlara baxaraq evin ümumi görünüşülə tanış ola bilər.