Yasamal rayonunda, Tağı Şahbazi 102 ünvanında, 5 mərtəbəli xruşşov layihəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 29 m² olan mənzil satılır.
Mənzil 1 otaqdan 2 otağa ideal şəkildə planlaşdırılıb. Mənzil orta təmirlidir, yaşayış üçün normal vəziyyətdədir.
Əsas üstünlükləri:
* 1-ci mərtəbə — yaşlı insanlar və uşaqlı ailələr üçün rahatdır
* Mərkəzi istilik sistemi
* Qaz, işıq və su daimidir
* İnternet və kabel televiziyası mövcuddur
* Sanitar qovşağı birgədir
* Mənzilin qarşısında, pəncərənin önündə pulsuz parklanma imkanı var
* Məktəb və uşaq bağçası çox yaxındadır
* Xəstəxana, aptek, market və supermarketlərə piyada məsafəsindədir
* Nizami metrosuna və Elmlər Akademiyası metrosuna təxminən 5-10 dəqiqəlik piyada məsafədədir
* Statistika İdarəsinin yaxınlığında yerləşir, binanın düz qarşısında Uşaq Nevroloji Xəstəxanası var.
* Ətrafda bütün zəruri infrastrukturlar mövcuddur
Mənzil mebelsiz və texnikasız satılır.
Maklerlər və vasitəçilər narahat etməsin. Mənzil sahibindən satılır, vasitəçisiz.
Real alıcı ilə qiymət məsələsində razılaşmaq mümkündür.