GRAND HAYAT – VİP BLOK | 17/27 | 65 m² | ÇIXARIŞLI | PREMIUM TƏMİRLİ
Özümə məxsus, Yasamal rayonu, Tbilisi pr-də yerləşən Grand Hayat yaşayış kompleksinin ən prestijli binasında, 17-ci mərtəbədə yerləşən, 65 m² sahəsi olan 2 otaqlı, yüksək səviyyədə təmir edilmiş, keyfiyyətli və müasir dizaynlı mebel və texniki avadanlıqla təchiz edilmiş mənzil satılır. Təmir və mebel seçimində həm estetika, həm də funksionallığa xüsusi diqqət yetirilib. Əlavə xərc tələb etmədən birbaşa köçüb yaşamaq mümkündür. Grand Hayat-da 65–66 m² mənzil axtaran, xüsusilə hazır və keyfiyyətli mənzil istəyən alıcılar üçün ideal seçimdir. Real alıcı ilə yerində baxışdan sonra qiymətə münasibət bildiriləcək. Mənzilin sahibiyəm.
Vasitəçilərlə əməkdaşlıq mümkündür — yalnız real alıcı ilə.
Mənzil:
*Mərtəbə 17/27
*Umumi sahə 65 kvm
* Çıxarışı (kupçası) var
* Qaz var
* Yüksək keyfiyyətli materiallarla təmir olunub
* Keyfiyyətli və zövqlə seçilmiş mebellərlə tam təchiz olunub
* Yaşayış üçün tam hazır vəziyyətdədir
* Grand Hayat-ın premium bloklarından birində yerləşir
Kompleksin üstünlükləri:
• 24 saat mühafizə
• Qapalı və abadlaşdırılmış həyət (Həyət 3-cü mərtəbədə yerləşir və bir neçə hektardır)
• 6 ədəd sürətli Sigma lifti (4-sərnişin, 2-yük üçün)
• Yeraltı qaraj (3 mərtəbəli) və yerüstü parkinq
• Uşaq meydançaları, şahmat meydançası, əyləncə, fitnes mərkəzləri, ictimai iaşə obyektləri, istirahət zonaları və s.
• İnkişaf etmiş infrastruktur və rahat nəqliyyat əlaqəsi
Səadət xanım.