Mənzil Abşeron rayonu Saray qəsəbəsi Saray MTK yaşayış kompleksində 14 mərtəbəli binanən 8-ci mərtəbəsində yerləşir. Mənzilin sahəsi 78 m2 -dir. 2 otaqdan 3 otağa düzəlib. Hər otağın ayrıca çölə baxan pəncərəsi var. Daimi qaz, su, işıq mövcuddur. Zal və mətbəxə bitişik 2 ədəd ayrı balkonu var. Ev şəxsi yaşayış üçün estetik dizaynda, müasir və keyfiyyətli təmir olunub. Evdə kətan tərkibli divar kağızlarından istifadə olunub. Döşəmədə 12 mm 32 klass faskalı suya və cızılmağa davamlı laminatdan istifadə olunub. Dəhliz və hamam isti döşəmədir. Kombi istilik sistemi mövcuddur. Evdə bütün mebel (mətbəx mebeli, dəhlizdə giriş hissədəki şkaf, yataq otağındakı qarderob) tavana qədər otağın olçülərində xüsusi olaraq yığılıb. Mətbəxdə xüsusi zövqdə 2 dəfə açılıb yığılan masa quraşdırılıb. Əlavə olaraq əşyaların yığılması üçün balkonda plastikdən şkaf və tavana yığılı paltar asılqanı mövcuddur. Ev tam əşyalı satılır: Paltaryuyan, kondisioner, TV, soyuducu, elektrik sobası, qaz pilətəsi, aspirator, divan, stol, stul, 2 nəfərlik və tək nəfərlik çarpayı, TV altlığı, termo. Gün görən evdir. Binanın 2 lifti və şəkillərdən də göründüyü kimi geniş həyəti var.
Təmirli, Qaz, Su, İşıq, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi