TƏCİLİ SATILIR! Sumqayıt şəhəri Yaşıl dərə massivi. Şəhərin tıxacından azad olun, ideal nəqliyyat və sərfəli qiymət! Tııxaclardan yorulanlar və rahatlıq axtaranlar üçün əsl fürsət! Sürət qatarına və əsas marşrut xətlərinə cəmi 2-3 dəqiqəlik piyada məsafədə yerləşən, qoşa daşla tikilmiş həyət evi satılır. Büdcəsinə qənaət edib zövqünə uyğun təmir etmək istəyənlər üçün əla seçimdir. Evin üstünlükləri: Mükəmməl yerləşmə və nəqliyyat: Sürət qatarı stansiyasından cəmi 250-300 metr məsafədədir. Səhər işə və ya şəhərə tez çatmaq üçün böyük avantajdır. Həmçinin dəmiryolu xəttinin düz dibində olan evlərdən olmadığına görə səs-küydən də uzaqdır. Avtobus rahatlığı: 7, 9A, 39, 6 və 10A kimi populyar və şəhərin mərkəzinə işləyən avtobuslar birbaşa yaxınlıqdan keçir. İdeal yol infrastrukturu: Qapısına qədər tam asfalt örtüklüdür (ərazidə hər yerdə bu şərait yoxdur). Keyfiyyətli tikinti: Ev keyfiyyətli materialla – qoşa daşla tikilib. Kosmetik fürsət: Bir müddət yaşayış olmadığı üçün xırda kosmetik işlərə ehtiyac var. Evin ümumi qiymətinin cəmi 5-6%-i qədər kiçik bir investisiya ilə istədiyiniz zövqdə lüks vəziyyətə gətirə bilərsiniz. Super Qiymət: Mövcud üstünlükləri və ərazi potensialı nəzərə alınaraq qiyməti bazar qiymətindən çox münasib qoyulub. Torpaq sahəsi :2.2 Sot. Yaxşı geniş həyəti var. Evin 4 bir tərəfi məsafəlidir. Əmlakını dəyərindən ucuz və sərfəli almaq istəyən real alıcılar əlaqə saxlasın. Real alıcıya qiymətdə yerindəcə endirim olacaq.
Qaz, Su, İşıq, PVC pəncərə, Kondisioner, Mətbəx mebeli, Kombi sistemi