TƏCİLİ SATILIR | YENİ QALA-MƏRDƏKAN YOLU | PAKET KUPÇA | ƏŞYALI Mərdəkan qəsəbəsində, Yeni Qala–Mərdəkan yolunun yaxınlığında, ÇEM Marketin yanında, sakit və formalaşmış məhəllədə yerləşən, daimi yaşayış üçün tam hazır 3 otaqlı bağ evi satışa təqdim olunur. Ev və həyət bütün əşyaları ilə birlikdə satılır. Əmlak həm yay mövsümü, həm də 4 fəsil yaşayış üçün tam uyğundur. EV VƏ HƏYƏT: 3 otaqlı funksional planlama Həyətdə ayrıca sanitar qovşaq Tam əşyalı və yaşayışa hazır vəziyyət Həyətin kənardan görünüşünü tam məhdudlaşdıran planlama Ailəvi və məxfi istirahət üçün rahat mühit 4 FƏSİL HOVUZ: Həyətdə 3 × 7 metr ölçüdə, filtrasiya və qızdırıcı sistemi ilə təchiz olunmuş hovuz yerləşir. Hovuz yay və qış rejimində istifadəyə nəzərdə tutulub və şəxsi istirahət üçün əmlakın əsas üstünlüklərindən biridir. XÜSUSİ ZÖVQLƏ HAZIRLANMIŞ İSTİRAHƏT ZONASI: Həyətdə yerləşən geniş naves altında: Rahat divan və kreslolar Ağır taxta masa və stullar Yay mətbəxi Manqal zonası Ailəvi istirahət, dostlarla görüş və açıq havada uzun yay axşamları üçün ayrıca komfortlu məkan yaradılıb. LOKASİYA VƏ MƏXFİLİK: Əmlak sakit, havası təmiz və adekvat qonşuluğun formalaşdığı məhəllədə yerləşir. Ərazi gündəlik kirayə verilən evlərin sıx olduğu zonalardan deyil. Həyətin kənardan görünməməsi isə xüsusilə şəxsi həyatına və ailəvi rahatlığına önəm verən alıcılar üçün ciddi üstünlük yaradır. TORPAQ SAHƏSİ: Sənəddə torpaq sahəsi 3.4 sot göstərilir. Faktiki istifadə olunan ərazi isə 4 sota yaxın təşkil edir. SATIŞ SƏBƏBİ: Satışın səbəbi uşağın məktəbi ilə bağlı yaşayış yerinin dəyişdirilməsidir. Əmlakın satılması zərurətdən irəli gəlir və evin özündə hər hansı problem olması ilə əlaqəli deyil. ƏŞYALI satılır.
Təmirli, Qaz, Su, İşıq, Su çəni, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi