Sumqayıt şəhəri, Sülh küçəsi, BAXÇA ŞƏHƏR Yaşayış Kompleksində 4% ipoteka ilə 97 m² mənzil satılır.
Yeni tikili 14 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzil 97 m² sahəyə malikdir. Mənzil 3 otaqlı studio planlaşdırmasındadır, təmirli və əşyalıdır. Mənzildə yaşayış olmayıb.
Mənzil havalı və işıqlıdır, əsas küçəyə baxan açıq mənzərəsi var. Çıxarışı mövcuddur və sığortalıdır. Geniş və abad həyəti, yeraltı qarajı, avtomobil dayanacağı və müasir infrastrukturu ilə rahat yaşayış üçün əlverişli şərait yaradır.
BAXÇA ŞƏHƏR Yaşayış Kompleksi Sumqayıt şəhərinin girişində yerləşir. Kompleksdə uşaq oyun meydançaları, yaşıllıq və gəzinti zonaları, müxtəlif iaşə və xidmət obyektləri mövcuddur. Şəhərə giriş-çıxış baxımından əlverişli mövqedədir.
İpoteka şərtləri:
İpoteka növü: İKZF zəmanətli kirayə mənzil
İpoteka faizi: 4%
İlkin ödəniş: 62 000 AZN
Aylıq ödəniş: 757 AZN
Banka qalıq borc: 136 155 AZN
Ümumi müddət: 25 il
Ödənilmiş müddət: 2 il
Qalan müddət: 23 il
Kimlər müraciət edə bilər?
46 yaşa qədər olan şəxslər, dövlət və özəl sektorda çalışan, əməkhaqqı 800 AZN-dən yuxarı olan şəxslər müraciət edə bilərlər.
Bütün alqı-satqı, İKZF görüşü, müraciət və rəsmiləşdirmə prosesi agentlik tərəfindən həyata keçirilir.
Alıcı tərəfindən 1 000 AZN ofis və sənədləşmə haqqı ödənilir.
Mənzildə yaşayışın olmaması, hazır təmirli və əşyalı vəziyyətdə təqdim edilməsi, 97 m² geniş sahəsi və 4% ipoteka şərtləri bu əmlakı həm yaşayış, həm də uzunmüddətli investisiya üçün cəlbedici seçimə çevirir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.