Prayk
Satılır 4 otaqlı həyət evi/bağ evi 300 m² — Ev, villa, Şamaxı
350 000 ₼

Satılır 4 otaqlı həyət evi/bağ evi 300 m²

ПродаетсяБ/уСегодня
Город
Şamaxı
Категория
Дом, вилла
Есть купчая
Да
Тип сделки
Продажа
Тип недвижимости
Дом / Дача / Вилла
Количество комнат
4
Площадь
300 m²
Площадь участка
14 sot
Продавец
Собственник
Дата
Номер
№1598033

Описание

Şamaxı rayonunun ən səfalı kəndlərindən biri olan Nağaraxana (keçmiş Kirovka-Marevka) kəndində evimiz satışa çıxarılmışdır. Pirqulu yolu üzərində yerləşir, yolu asfaltdır. Evin sahəsi təxminən 300 kv.m, torpağın ümumi sahəsi isə 14 sotdan bir qədər artıqdır. Bütün sənədləri qaydasındadır, çıxarış mövcuddur. Ev müasir üslubda, zövq ilə tikilmişdir. 3 yataq otağı və böyük qonaq otağından ibarətdir. Hamam otaqlarının sayı üçdür. Həyətdə həmçinin köməkçi tikili (sauna və sanitar qovşağı ilə), yay mətbəxi və zirzəmi otağı vardır. Artezian quyusu, qaz, işıq və su xəttləri mövcuddur. Həyətdə 120-yə yaxın bar gətirən meyvə ağacı (qoz, vişnə və sair) var. Həyətin ümumi mənzərəsi çox gözəldir. Fotolardakı avadanlıq və mebellər də qiymətə daxildir. Ətrafda  mehriban qonşular yaşayır. Vasitəçi deyiləm, öz evimdir. Qeyd: ev həmçinin yerli və xarici şirkətə, təşkilata və səfirliyə uzun müddətli icarəyə də verilə bilər.

Похожие объявления