📢 MƏRDƏKANDA PREMİUM DÖRD FƏSİL YAŞAYIŞ EVİ SATILIR!
📍 Məkan və İnfrastruktur:
Ünvan: Mərdəkan qəsəbəsinin girişində, Fuad Qasımzadə küçəsi 61 (Mərkəzi yola çox yaxın, Santral Elektrikin 350 m arxasında).
Mərdəkanın ən hündür, geniş və boydan-boya işıqlandırılmış asfalt küçələrindən birində yerləşir.
Kommunal xətlər tam təmin olunub: 3 faza (380 volt) daimi işıq, su və qaz çəkilib.
🏗️ Evin Texniki Parametrləri və İnşası:
Torpaq sahəsi: 10 sot
Evin ümumi sahəsi: 326 m² (163 m² yuxarı mərtəbə + 163 m² aşağı mərtəbə).
Evin təməli xüsusi möhkəmliklə qaya üzərində inşa olunub.
Qaraj: 3 maşın sərbəst yerləşə biləcək tutuma malikdir.
Dizayn və Təmir: Modern və loft üslubunda, zövqlə təmir olunub. Geniş, işıqlı mətbəx, rahat qonaq otağı və istirahət üçün tam şəraitli yataq otaqları var. Dörd fəsil daimi yaşayış üçün tam idealdır.
🌳 Həyətyanı Sahə və Landşaft:
Xüsusi minəşirin sortuna aid nar ağacları, Almaniyadan gətirilmiş dünyada 1 nömrəli pavlovniya ağacları və müxtəlif növ meyvə ağacları mövcuddur.
Ağaclar üçün damcılı suvarma, qazon sahəsi üçün isə püskürtmə (Hunter pop-up sprinkler) sistemi quraşdırılıb.
Həyətdə şəkildə gördüyünüz kimi, yerdəki 3 qapaq altında 55 tonluq su ehtiyatı sistemi yerləşir: 1-ci qapaqda nasosxana, 2-ci qapaqda içməli su, 3-cü qapaqda isə suvarma üçün su ehtiyatı nəzərdə tutulub (İstəyə uyğun olaraq beton qatı qaldırılaraq açıq çimərlik hovuzu kimi də istifadə oluna bilər).
Həyətdə yay mətbəxi, söhbətgah (besedka), əlavə qonaq otağı və sanitar qovşağı üçün xüsusi zona nəzərdə tutulub. (təmirsiz)
Daimi yaşayış üçün mükəmməl seçimdir. Ətraflı məlumat almaq və ya gəlib yerində baxmaq istəsəniz, mənimlə əlaqə saxlaya bilərsiniz.