
Satılır 6 otaqlı həyət evi/bağ evi 350 m²












370 000 ₼
Satılır 6 otaqlı həyət evi/bağ evi 350 m²
ПродаетсяПроанализированоБ/уСегодня
ГородBakı
КатегорияДом, вилла
Есть купчаяДа
Тип сделкиПродажа
Тип недвижимостиДом / Дача / Вилла
Количество комнат5 и более
Площадь350 m²
Площадь участка7 sot
РемонтБез ремонта
ПродавецСобственник
Дата
Номер№1759736
Описание
🏡 TƏCİLİ SATILIR — BAZAR DƏYƏRİNDƏN AŞAĞI QİYMƏTƏ!
📍 Ünvan: Mərdəkan qəsəbəsi, yeni “Qoşa Qala” restoranının arxası. Əsas asfalt yoldan cəmi 70 metr məsafədə yerləşir. Həyətə qədər yol tam asfaltdır.
📄 Çıxarışlıdır (KUPÇA).
Ev haqqında:
* Torpaq sahəsi: 7 sot
* Evin ümumi sahəsi: 400 m²
* Mərtəbə sayı: 2 mərtəbə + zirzəmi
* Otaq sayı: 6 otaq
* Vəziyyəti: podmayak, suvaqlı
* Sanitar qovşağı: 4 ədəd
* Balkonlardan dəniz mənzərəsi açılır
Ev şəxsi yaşayışım üçün yüksək keyfiyyətlə tikilib. Tikinti zamanı yalnız bahalı və keyfiyyətli materiallardan istifadə olunub. Bina 16 sütun üzərində, 20-lik Ukrayna armaturu ilə inşa edilib. Mərtəbələrarası örtük monolit betondur. Fasad bahalı və yüksək keyfiyyətli aqlay daşı ilə üzlənib.
Həyət və əlavə imkanlar:
* Tamet döşənmiş geniş həyət
* Qazon, dekorativ ağac və güllər
* Damlama suvarma sistemi
* 9 × 4 metr, dərinliyi 1,7 metr olan hovuz
* Hovuz üçün filtr və motor sistemi
* Tam təmirli yay mətbəxi
* Şüşəbənd
* İsti döşəmə
* Ayrıca hamam və sanitar qovşağı
* Çöl mətbəxində kababxana
* 4 avtomobillik qaraj
Kommunal təminat:
* İşıq və qaz daimidir
* İki növ su xətti: şirin su və kanal suyu
* Yeraltı 15 tonluq ehtiyat su çəni
Xaricə köçməyimlə əlaqədar evi təcili satdığım üçün qiymət bazar dəyərindən xeyli aşağı təyin olunub. Ərazidə torpağın bir sotunun qiyməti təxminən 30 000–35 000 AZN təşkil edir.
Xahiş olunur, yalnız ciddi alıcılar əlaqə saxlasın. Əmlakın vasitəçisi deyiləm, şəxsi sahibiyəm.
Похожие объявления


Etibar Bey

Aslan Group


Satiş

Aynur xanim


Diana


Rəşad bəy


MyDom Əmlak Agentliyi


Məhərrəm m.

Novruz
