İş şəraiti
İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Tələblər
Minimum 03 (üç) il korporativ satış sahəsində (avtomobil sektoru üstünlükdür) iş təcrübəsi;
Ali təhsil (biznes, iqtisadiyyat, marketinq və ya oxşar sahələr üstünlükdür);
Yüksək səviyyədə danışıqlar aparmaq və münasibətlər qurmaq bacarığı;
Təqdimat hazırlamaq və təqdim etmək bacarıqları;
MS Office (xüsusilə Excell və PowerPoint) və 1C proqramlarında işləmək bacarığı;
CRM sistemləri ilə iş təcrübəsi;
Analitik düşünmə, planlama və strateji satış yanaşması;
Azərbaycan və rus dillərində səlis danışmaq (ingilis dili üstünlükdür);
Məsuliyyətli, təşəbbüskar, nəticəyə yönəlik və komandada işləmə bacarığı.
İşin təsviri:
Korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Bazar araşdırmalarının aparılması, müştəri ehtiyaclarının təhlili və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
Korporativ müştəri bazasının formalaşdırılması və aktiv idarə olunması;
Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı işin təşkili və kompleks satış həllərinin təqdim edilməsi;
Tender və sorğular üçün kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanılması;
Satış hədəflərinin icrası, satış həcminin və keyfiyyət göstəricilərinin izlənilməsi;
Satış sonrası proseslərin izlənməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;
Müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Sifarişlərin planlanması prosesində iştirak;
Korporativ müştərilərlə marketinq kommunikasiyalarının qurulmasına təşəbbüs, və dəstək.
Qeyd: Bu vakansiya bəy namizədlər üçün nəzərdə tutulmuşdur, həmçinin tələblərə uyğun olmayan və “subject” bölməsində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 22.10.2026