Generatorların satışı, icarəsi və servis xidmətləri istiqamətində fəaliyyət göstərən şirkətimiz komandasına aktiv, məsuliyyətli və yüksək təşkilatçılıq bacarığına malik xanım əməkdaş axtarırıq.
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
Əməkhaqqı: 600 AZN sabit əməkhaqqı + satış/KPI əsaslı bonus
Əsas vəzifələr
Potensial müştərilərlə əlaqə saxlamaq və yeni satış imkanları yaratmaq;
Generatorların satışı, icarəsi və servis xidmətlərini müştərilərə təqdim etmək;
Müştəri sorğularını qəbul etmək və aidiyyəti texniki/sahə komandasına yönləndirmək;
Qiymət təkliflərinin hazırlanmasına və müştərilərə təqdim edilməsinə dəstək olmaq;
Müştərilərlə telefon, e-mail və digər kommunikasiya kanalları vasitəsilə gündəlik əlaqə saxlamaq;
Ofis və sahə komandaları arasında gündəlik koordinasiyanı təmin etmək;
Servis, icarə və digər sahə işlərinin icra vəziyyətini izləmək;
Müştəri müraciətləri, satış imkanları və görülən işlər üzrə gündəlik hesabatlar hazırlamaq;
Müştəri və satış məlumatlarını sistemli şəkildə qeydiyyata almaq və yeniləmək;
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və KPI hədəflərinin icrasına çalışmaq.
Namizədə tələblər
Xanım namizəd
Microsoft Office proqramlarını, xüsusilə Excel, Word, PowerPoint və Outlook-u çox yaxşı bilmək;
Kompüterdə sürətli, dəqiq və sistemli işləmək bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
İngilis və rus dillərini bilmək üstünlükdür;
Güclü satış və müştəri ünsiyyəti bacarığı;
Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı;
Ofis və sahə komandaları ilə koordinasiyalı işləmək bacarığı;
Məsuliyyətli, operativ, diqqətli və nəticəyönümlü olmaq.
Biz təklif edirik
600 AZN sabit əməkhaqqı;
Satış və KPI nəticələrinə əsaslanan bonus sistemi;
Korporativ mobil telefon və korporativ nömrə;
Generator və enerji avadanlıqları sektorunda praktiki iş təcrübəsi;
Peşəkar inkişaf imkanı;
İş nəticələrinə uyğun gəlir artımı imkanı.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
E-mailin mövzu (Subject) hissəsində: “Satış və Koordinasiya üzrə Təmsilçi” qeyd etməyiniz xahiş olunur.
Maaş: 600 AZN
Son müraciət tarixi: 16.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/energy-monitoring-mmc-satis-ve-koordinasiya-uzre-temsilci-151304