Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq; mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək; Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi; Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək; Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək; Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq; Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq; Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək; Platformanın təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.
Tələblər:
- Ali təhsil (təhsili tamamlanmış namizədlərə üstünlük verilir): - Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub. - Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları ilə təcrübə; - Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint); - Azərbaycan, İngilis və Rus dilində səlis yazılı ünsiyyət bacarıqları; - Müştəri yönümlülük; - Detallara diqqət.
Vakansiya növü: Müvəqqəti
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-sosial-media-uzre-tecrubeci-7299002/apply