Təkqapılı soyuducu.
Ağ rəngli, klassik quruluşlu modeldir. İç hissəsində yuxarıda kiçik dondurucu bölmə, aşağı hissədə isə ərzaqların yerləşdirilməsi üçün bir neçə rəf mövcuddur. Alt hissədə ayrıca tərəvəz/meyvə üçün çekmece yerləşir. Qapının iç tərəfində əlavə saxlama gözləri var, bu da butulka, bankalar və xırda qabların yerləşdirilməsi üçün əlverişlidir.
Xüsusiyyətləri:
- Tək qapılı konstruksiya
- Yuxarı hissədə daxili dondurucu kamera
- Bir neçə saxlama rəfi
- Alt hissədə çekmece
- Qapı içi bölmələr
- Ağ rəng
Ev, bağ evi, yay mətbəxi və yardımçı məkanlarda istifadə üçün uyğun soyuducudur.