Prayk
Thunderobot Zero i9-13900HX RTX 4060 16GB DDR5 1.5TB SSD 2.5K 240Hz — Elektronika, Bakı
2 200 ₼

Thunderobot Zero i9-13900HX RTX 4060 16GB DDR5 1.5TB SSD 2.5K 240Hz

ПродаетсяПроанализированоБ/уОпубликовано сегодня
Город
Bakı
Категория
Электроника
Дата
Номер
№1262459

Описание

Qiymət: 2 200 AZN (Real alıcıya yerində cüzi endirim olunacaq) Əla vəziyyətdə, çox güclü flaqman Thunderobot Zero gaming və professional iş noutbuku satılır. Həm ağır oyunlar (Cyberpunk, GTA V, CS2 və s. ultra grafiklərdə), həm də 3D modelləşdirmə, videomontaj və render işləri üçün ideal seçimdir. 2 ilə yaxındır səliqəli istifadə olunub, noutbukun özündə heç bir daxili texniki problem, təmirdə olan detal və ya nasazlıq yoxdur. Bütün funksiyaları tam işləkdir. Texniki Göstəriciləri (Parametrləri): Prosessor: Intel Core i9-13900HX (24 Nüvə / 32 Potok — Ultra Sürətli Flaqman CPU) Videokart: NVIDIA GeForce RTX 4060 8 GB GDDR6 (DLSS 3 dəstəkli) Ekran: 16" QHD / 2.5K (2560x1600), 240 Hz yenilənmə tezliyi (Möhtəşəm rəng keyfiyyəti və axıcılıq) Operativ Yaddaş (RAM): 16 GB DDR5 (4800 MHz) Daxili Yaddaş (SSD): 1.5 TB M.2 NVMe SSD (1TB Colorful PRO + 512GB) — Yüksək oxuma və yazma sürəti Əməliyyat Sistemi: Windows 11 Pro (Lisenziyalı/Aktivləşdirilmiş) Vəziyyəti barədə qeydlər: Kosmetik görünüş: Korpusunda yalnız istifadəyə bağlı olaraq üst qapağın hər iki kənar küncündə cüzi rəng sürtülməsi var (şəkillərdə aydın göstərilib). Ekranın özündə, klaviaturada və ya korpusun digər hissələrində heç bir zədə, çat və ya problem yoxdur. Adapter: Zavod istehsalı öz orijinal adapteridir. Kabelində (şnurunda) zədə olduğu üçün kabel peşəkar usta tərəfindən yenisi ilə əvəzlənib. Adapterin öz orijinal bloku tam sağlamdır və stabil şəkildə zaryadka yığır. Qeyd: Zaryadkanı yaxşı saxlayır, sistem tam səliqəlidir. İstənilən servislə və ya ustada yoxlatdıra bilərsiniz. Və üzərində bir mouse, iki mouse altlığı, bir ədəd də komputer çantası verilir. Özəl Hədiyyə: Windows 11 Pro lisenziyası və Microsoft Office (Word, Excel, PowerPoint və s.) proqramları rəsmi lisenziya ilə aktivləşdirilmiş şəkildə üzərində hədiyyə verilir. Alıb dərhal işlədə bilərsiniz. Əlaqə üçün zəng edə və ya WhatsApp-dan yaza bilərsiniz.

Другие объявления