TOY PLANLAYICI — toyunuzu veb-brauzerdən idarə edin
Qonaqlar, oturma planı, büdcə, ödənişlər, tapşırıqlar, toy günü cədvəli və hər qonaq üçün hazır PDF dəvətnamə — hamısı bir proqramda. Azərbaycan və rus dilində. İnternet lazım deyil, qeydiyyat lazım deyil.
NƏ EDİR?
• Qonaq siyahısı — əl ilə və ya Excel/CSV-dən yükləyin (başlıqlar AZ/RU/EN). Status (gəlir / gəlmir / gözlənilir), +1, uşaq sayı, VIP, etiketlər. Eyni adı iki dəfə əlavə etməyə imkan vermir.
• Oturma planı — masaları sürükləyin, qonaqları yerlərə atın. Dairəvi, düzbucaqlı, dördbucaq masalar, gəlin-bəy masası, səhnə. "Birlikdə oturt" / "ayrı oturt" qaydaları. Avtomatik yerləşdirmə. Tam ekran rejimi.
• Zal planı — rəqs meydançası, bar, səhnə, fotozona, giriş — sürükləyin, ölçünü dəyişin, döndərin.
• Büdcə və ödənişlər — nə qədər razılaşdırılıb, nə qədər ödənilib, nə qalıb. Beh və son ödənişlər tarixlərlə, gecikənlər xəbərdarlıqla.
• Tapşırıqlar — hazır toy siyahısı (şadlıq evi, fotoqraf, nişan, xına gecəsi, ASAN…), Trello kimi sürüklə-burax.
• Toy günü cədvəli — saatbasaat, üst-üstə düşənlər göstərilir.
• Dəvətnamələr — 5 dizayn, hər qonağın adı, masa nömrəsi, tarix, saat, məkan avtomatik yazılır. Bir düymə ilə hər qonaq üçün ayrıca PDF, hamısı bir ZIP-də.
• PDF: qonaq siyahısı masalar üzrə, büdcə, tapşırıqlar, cədvəl — çap üçün hazır.
• Ehtiyat nüsxə — bir faylda hər şey, istənilən kompüterdə bərpa edin.
NECƏ İŞLƏYİR?
Bu bir HTML fayldır. Kompüterə saxlayırsınız, iki dəfə klikləyirsiniz — Chrome, Edge, Safari və ya Firefox-da açılır. Quraşdırma yoxdur, hesab yoxdur, abunə yoxdur. Məlumatlar yalnız sizin kompüterinizdə saxlanılır.
VACİB — ALMADAN ƏVVƏL OXUYUN. Ödəniş etməklə aşağıdakı şərtlərlə razılaşırsınız.
• Məhsul rəqəmsaldır (HTML fayl). Fayl yalnız ödənişdən sonra göndərilir. Ödəniş geri qaytarılmır, dəyişdirilmir.
• Nə aldığınızı ekran şəkilləri və videodan görə bilərsiniz. "Bilmirdim", "düşündüyüm kimi deyil" — geri qaytarma səbəbi deyil.
• Texniki dəstək və quraşdırma qiymətə daxil deyil. Proqramın içində təlimat və demo var.
• Proqram kompüter/noutbuk üçündür. Telefonda və planşetdə tam işləməməsi qüsur sayılmır.
• Bütün məlumatlar yalnız sizin kompüterinizdə, brauzerin yaddaşında saxlanılır. Bizdə heç bir məlumat yoxdur və ola bilməz.
• MƏLUMAT İTKİSİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIRIQ. Brauzerin cookie/məlumatlarını təmizlədikdə, brauzeri silib yenidən qurduqda, "gizli rejim"də istifadə etdikdə, kompüter dəyişdikdə və ya sıradan çıxdıqda bütün məlumatlar silinir. Bunun qarşısını yalnız ehtiyat nüsxə alır.
• Ehtiyat nüsxə: Tənzimləmələr → "Tam ehtiyat nüsxə (.json)". Faylı etibarlı yerdə saxlayın. Başqa kompüterə keçmək və ya bərpa etmək üçün: Tənzimləmələr → "Ehtiyat nüsxəni yüklə". Proqram bunu özü xatırladır — xatırlatmaya məhəl qoymamaq sizin məsuliyyətinizdir.
• Faylı eyni brauzerdə və eyni yerdən açın: başqa brauzer və ya köçürül
Dil: Azərbaycan / Rus (istənilən vaxt dəyişmək olar). Valyuta: AZN (dəyişdirilə bilər).
SpectrTech Digital Tools