Avtomobil öz şəxsi avtomobilimizdir və ilk sahibiyik. Alındığı gündən bu günə qədər yalnız bizim tərəfimizdən istifadə olunub, başqa sahibi olmayıb.
Avtomobil alındığı ilk gündən etibarən daim eyni ustada qulluq olunub və başqa ustalara aparılmayıb. Texniki qulluqları vaxtında həyata keçirilib, mühərrik yağı yaxın zamanda dəyişdirilib.
Avtomobil hər zaman səliqəli və diqqətli şəkildə istifadə olunub, qaraj şəraitində saxlanılıb. Mühərrik, sürətlər qutusu və digər əsas aqreqatların texniki vəziyyətinə vaxtında nəzarət olunub.
Prado 4.0 V6 mühərrikin gücü və komfortu ilə yanaşı, baxımlı vəziyyəti ilə seçilir. Avtomobili alan şəxs bütün detalları yerində yoxlaya bilər.
Maşınla bağlı hər hansı sualınız varsa, real alıcıya ətraflı məlumat veriləcək. Ciddi alıcılar buyurub baxa bilərlər.