Maşın gündəlik sürüldüyü üçün yaxşı vəziyyətdədir, xadavoyunda heç bir problemi yoxdur.
Mühərrik, karobka və hibrid sistemi (bateryaları) tam qaydasındadır. Alt hissəsində heç bir artıq səs, döyüntü yoxdur, otur sür maşındır. Şəhər içi yanacaq sərfiyyatı çox azdır, istismar baxımından çox ekonom maşındır.
Salonda böyük Android monitor və arxa görüntü kamerası quraşdırılıb. İçi səliqəlidir, cırıq-sökük hissəsi yoxdur. Əlavə olaraq şüşələrinə vetrovik vurulub, arxasında farkopu var. Diskləri yüngül lehimlidir, təkərlərinin vəziyyəti normaldır.