WOKIN Tork Açarı 1/2″ 20-120 Nm peşəkar istifadə üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli ölçü alətidir. ISO 6789 standartına uyğun istehsal olunmuş bu model bolt və qozların düzgün sıxılmasını təmin edərək həm təhlükəsizlik, həm də avadanlığın uzunömürlülüyünü artırır.±3% dəqiqlik toleransı sayəsində tələb olunan sıxma momenti yüksək dəqiqliklə tətbiq olunur. 20-120 Nm aralığı avtomobil təmiri və mexaniki işlər üçün geniş istifadə imkanları yaradır. Dəyər əldə olunduqda xüsusi “klik” siqnalı istifadəçiyə xəbər verir və artıq sıxmanın qarşısını alır.1/2″ kvadrat başlıq və dəyişdirilə bilən (reversible) ratchet mexanizmi sayəsində həm saat istiqamətində, həm də əks istiqamətdə rahat istifadə mümkündür. Ergonomik dizayn və möhkəm konstruksiya uzunmüddətli istifadə üçün idealdır. Texniki göstəricilər: Ölçü: 1/2″ Tork diapazonu: 20–120 Nm Dəqiqlik: ±3% Standart: ISO 6789 Mexanizm: Reversible ratchet Siqnal: Klik (release) xəbərdarlığı İstifadə istiqaməti: Saat istiqamətində kontrollu sıxma Qablaşdırma: BMC çanta + rəngli etiket