İş haqqında məlumat:
İş yeri: Azin Technologyİş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov(Baş ofis ünvanıdır ərazi müxtəlif olur)Yaş həddi: 20 – 40 yaşƏmək haqqı:800✅ Vəzifə öhdəlikləri:Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanmasını həyata keçirmək;IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin, o cümlədən NVR, DVR və analitik kameraların quraşdırılması, sazlanması və şəbəkəyə inteqrasiyasını həyata keçirmək;Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajını, idarəetmə panellərinin sazlanmasını və funksional sınaqlarını həyata keçirmək;Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniket və şlaqbaumların quraşdırılması, sazlanması və proqramlaşdırılmasını həyata keçirmək;Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin, simli və simsiz sensorların və idarəetmə panellərinin quraşdırılması və rabitə kanallarının sazlanmasını təmin etmək;Kommutasiya şkaflarının (Rack Cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun qurulması və test edilməsini həyata keçirmək;Zəif axın sistemləri üzrə kabel xətlərinin layihəyə və texniki tələblərə uyğun çəkilməsini və avadanlıqların düzgün qoşulmasını təmin etmək;Layihə çertyojlarını və texniki sxemləri oxumaq, layihəyə uyğun montaj və quraşdırma işlərini icra etmək;Quraşdırılmış sistemlərin funksional və texniki sınaqlarını həyata keçirmək;Aşkar edilmiş texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;İcra olunmuş işlərin layihə və texniki tələblərə uyğun şəkildə təhvil verilməsini təmin etmək;Görülmüş işlər və aşkar edilmiş texniki problemlər barədə müvafiq hesabat və məlumatları təqdim etmək;Layihə obyektlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
Elektronika, Avtomatika, IT, Telekommunikasiya və ya əlaqəli texniki istiqamət üzrə təhsil və ya müvafiq sahədə peşəkar ixtisaslaşma;Zəif axın və təhlükəsizlik sistemlərinin montajı, quraşdırılması və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;CCTV, FAS, ACS, mühafizə-həyəcan siqnalizasiya və digər zəif axın sistemləri üzrə praktiki bilik;TCP/IP, subnetting, marşrutlaşdırma və əsas şəbəkə protokolları üzrə baza bilikləri;Təhlükəsizlik və zəif axın avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;Layihə çertyojlarını, texniki sxemləri və spesifikasiyaları oxumaq bacarığı;Kabel sistemlərinin çəkilişi, sonlandırılması və test edilməsi üzrə praktiki bacarıq;Texniki avadanlıqlarla işləmək və nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq bacarığı;Komandada işləmək, məsuliyyətli və diqqətli olmaq;Obyektlərdə və layihə sahələrində işləməyə hazır olmaq;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.📨 Müraciət qaydası:CV-lərinizi “Mövzu” hissəsində” Zəif axın üzrə mütəxəssis” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:📧 [email protected] 📞0703292064
📅 Son müraciət tarixi: 15.10.2026
Maaş: 800 ₼
Son müraciət: 16/10/2026