Vəzifə Təlimatları:
Satış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün düşməsinin yoxlanılması;
Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
Yazılmış qaimələrin yazılışına,düzgünlüyünə və təsdiqinə nəzarət
Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
Mədaxil və məxaric sənədlərinin hazırlanması;
Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
Proqramda məhsul və kontragentlərin açılması;
Dövri inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi;
Satış zamanı müştərilər tərəfindən göndərilən sifarışlərin operativ şəkildə proqrama daxil edilməsi;
Proqrama daxil edilmiş qaimələrin icrasına nəzarət;
Satış müdirinin verdiyi digər tapşırıqlar.
Namizədə Tələblər:
Ali təhsil
Elektrik məhsullarının satışı sahəsində təcrübə;
1C 8.3 proqramı üzrə mükəmməl biliklər;
Ofis proqramları bilikləri mütləqdir;
Dəqiq , çevik və diqqətli olmalı.
İş Şərtlərimiz:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı - 800 Azn (NET) + Bonus
6 günlük iş rejimi
Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “1C Operator” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Maaş: 800 AZN
Son müraciət tarixi: 18.10.2026