Əsas vəzifələr:
Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Müştərilərə bankın kredit məhsulları barədə məlumat verilməsi;
Qızıl girovu və digər kredit növləri üzrə məhsulların satışının təmin edilməsi;
Kredit müraciətlərinin qəbul edilməsi və təhlil edilməsi;
Kredit portfelinin idarə edilməsi və ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
Müştəri sorğularının operativ cavablandırılması və yüksək xidmət keyfiyyətinin təmin edilməsi;
Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
Ali iqtisadi təhsil;
Kredit mütəxəssisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
Kreditləşmə ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları).
Komandada və müştərilərlə işləmək bacarıqları;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
İş şəraiti:
AZ2000, Gəncə şəhəri, Heydər Əliyev pr. 505
Həftə içi 5 iş günü, 09:00–18:00
Əmək haqqı: razılaşma əsasında
Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 18.10.2026