2E firmasının oyun kreslosunu satıram. Vəziyyəti əladır, şəkildə göründüyü kimidir.
Həm oyun oynamaq, həm də bütün gün kompüter arxasında işləmək üçün çox rahatdır, adamı yormur. Üstündəki boyun və bel yastıqları yerindədir, istəyəndə çıxarmaq olur. Qoltuqaltıları, oturacağın hündürlüyü və arxaya əyilməsi asanlıqla tənzimlənir.
Mexanizmlərində (qazlift, təkərlər) heç bir problem yoxdur, hamısı tam işləkdir. Materialında sökük və ya cırıq yoxdur.