İş haqqında məlumat:
İş yeri – Xırdalan şəhəri, anbar.İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Əsas vəzifə öhdəlikləri:Anbara daxil olan məhsulların qəbulunun, qeydiyyatının və düzgün saxlanılmasının təmin edilməsi;Məhsullar qəbul edilərkən təsdiqedici sənədlərə əsasən faktiki miqdarın və çeşid uyğunluğunun yoxlanılması;Məhsulların qablaşdırılma vəziyyətinin yoxlanılması və müvafiq sənədləşmənin aparılması;Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi;Məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin və saxlanılmasının təşkil edilməsi;Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və dövriyyəsinə nəzarət edilməsi;Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə riayət olunmasının təmin edilməsi;Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların düzgün və vaxtında komplektləşdirilməsinin, yığılmasının, qablaşdırılmasının və filiallara göndərilməsinin təşkil edilməsi, həmçinin anbardan məhsul çıxışının müvafiq sənədlər əsasında rəsmiləşdirilməsi;Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatının aparılması;Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması;Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkil edilməsi;Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət edilməsi;Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və müvafiq hesabatların təqdim edilməsi;İnventarizasiyalarda iştirak edilməsi və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması;Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarının vaxtında müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması;Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak edilməsi;Anbarın daim səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi.
Tələblər:
Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;Qida sahəsində minimum 1 il iş təcrübəsinin olması;Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklərin olması;Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Vaxtın effektiv idarə edilməsi bacarığı;Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik;1 C 8.3 proqramında işləmək bacarığı;AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;6 günlük iş rejimi;Anbar – Xırdalan şəhəri; Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 06/10/2026