in qısa təsviri
Biznesin inkişafı və layihələrin idarə olunması proseslərində iştirak etmək, strateji təşəbbüs və layihələrin koordinasiyasına dəstək vermək, layihə portfelinin monitorinqində və performans göstəricilərinin təhlilində iştirak etmək;
Əsas vəzifə və məsuliyyətlər
Cəmiyyət üzrə (törəmə müəssisələr daxil olmaqla) strateji təşəbbüs və layihələr portfelinin idarə olunması prosesində kommunikasiya və koordinasiyaya dəstək göstərmək;
Strateji planlama və icra proseslərini izləmək və müvafiq proseslərdə iştirak etmək;
Strateji yol xəritəsinin hazırlanması və yenilənməsində iştirak etmək;
Biznes və dəstəkləyici proseslərin optimallaşdırılması üzrə struktur bölmələrlə əməkdaşlıq etmək;
Layihələrin icrası üçün zəruri məlumatların toplanmasına dəstək olmaq;
Layihələr üzrə məlumatların təhlili və performans göstəricilərinin monitorinqində iştirak etmək
Strateji layihələr üzrə sənədləşmə prosesində iştirak etmək;
Daxili məlumatların və kommersiya sirrinin məxfiliyini qorumaq;
Tələblər
Təhsil
Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Təcrübə
Layihələrin idarə olunması üzrə nəzəri və ya praktiki biliklər;
İstehsalat/Sənaye sahəsində iş təcrübəsi üstünlükdür;
Dil bilikləri
Azərbaycan dili – sərbəst;
Rus və İngilis dili – orta səviyyə;
Texniki bacarıqlar
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Analitik düşünmə və təqdimat hazırlamaq bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 11.10.2026