Tələblər:
Maliyyə, mühasibat uçotu, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
Debitor borcların idarə edilməsi və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
MS Office proqramlarından istifadə bacarığı;
Azərbaycan dilində sərbəst;
Analitik düşünmə, diqqətlilik və rəqəmlərlə işləmə bacarığı;
Müştərilərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Hüquq üzrə biliklər üstünlükdür.
Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş aylıq debitor borc yığım planlarının icrasını təmin etmək;
Borclularla telefon, rəsmi yazışma və görüşlər vasitəsilə əlaqə saxlayaraq ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Müştərilər üzrə debitor borcların gündəlik uçotunu aparmaq və məlumatların düzgünlüyünü təmin etmək;
Müştərilərin ödəniş qrafiklərinə nəzarət etmək və gecikmiş ödənişlər üzrə müvafiq tədbirlər görmək;
Debitor borcların yaşlandırma analizini aparmaq, riskli və problemli borcları müəyyənləşdirmək;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra vəziyyətinə nəzarət etmək, icra prosesi üzrə aidiyyəti qurumlarla koordinasiyanı təmin etmək və zəruri tədbirlər görmək;
Debitor borclularla qarşılıqlı hesablaşmaların aparılmasında və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
Debitor borclar üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Problemli borcların hüquqi müstəviyə qədər olan mərhələsini idarə etmək, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
Debitor borcların azaldılması və ödəniş intizamının gücləndirilməsi ilə bağlı təkliflər vermək.
İş şərtləri və əlavə üstünlüklər:
İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi);
İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00;
Əmək haqqı: Sabit + hədəf əsaslı bonus;
Ezamiyyətlərə açıq iş rejimi;
Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır);
Könüllü tibbi sığorta (3 ay sonra);
“Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.
Vakansiya ilə bağlı “Debitor borclar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 23.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/foodcity-agropark-debitor-borclar-uzre-mutexessis-151996