**Kirayə Mənzil Elanı**
7-ci mikrorayon, Ankara Şadlıq Sarayının arxa tərəfində yerləşən 5 mərtəbəli yaşayış binasının orta blokunda, 2-ci mərtəbədə yerləşən tam təmirli mənzil uzunmüddətli kirayə verilir.
Su, qaz və elektrik təchizatı daimidir. Şəkillərdə görünən bütün mebel və məişət texnikası mənzildə qalacaq və kirayəçinin istifadəsinə veriləcək.
**Kirayə şərtləri:**
* Mənzil yalnız səliqəli və məsuliyyətli ailəyə uzunmüddətli kirayə verilir.
* Qonaq otağında divan mebeli yoxdur. Ehtiyac yaranarsa, kirayəçi öz zövqünə uyğun divan mebeli ilə təmin edə bilər.
* Tələbələr müraciət etməsin.
* Vasitəçilər narahat etməsin. Vasitəçilərə ev sahibi tərəfindən heç bir ödəniş edilməyəcək.
* Kirayə haqqı əvvəlcədən ödənilir. Növbəti ayların ödənişi hər ayın 1-dən 3-dək həyata keçirilməlidir.
* Kommunal xərclər kirayə haqqına daxil deyil və kirayəçi tərəfindən ödənilir.
* Ev heyvanı saxlanılmasına icazə verilmir.
**Kirayə haqqı:** **600 AZN** *(son qiymətdir).*
**Qeyd:** Zəhmət olmasa, elanı və bütün şərtləri diqqətlə oxuduqdan sonra əlaqə saxlayın. Elanda qeyd olunan şərtlər dəyişdirilmir. Şərtlərlə razı olmayan şəxslərdən və yuxarıda qeyd olunan tələblərə uyğun olmayan şəxslərdən əlaqə saxlamamaları xahiş olunur.
© Rüstəm bəy · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.