Kirayə verilir.
Yeni Günəşli qəsəbəsi, D massivində, Xəzər inşaat 2 də. 42 kv 2 otaq studiya tipli mənzil kirayə verilir. Öncəliklə qeyd edim ki, ev təxmini 10 oktyabrdan boş olacaq, evdəki bəzi əşyalar (divan, stol-stul, tv və s) başqaları ilə əvəzlənəcək. (İkinci əl məhsullar qoyulmayacaq tam yeni qoyulacaq)
Girişdə ayaqqabı və üst geyimi üçün dolab var. Yataq otağında taxt, termo, şkaf və taxtın tumbaları var (şəkildə düşməyib amma taxtın hər iki tumbası var). Taxtın kifayət qədər geniş bazası var. Evin kiçik balkonu var.
Qaz, su, işıq daimidir, yaşayışın 2 ci mərtəbəsidir (çöldən 3 kimi görünür, 1 ci mərtəbə qarajdır). Ev tamamilə istipoldur, qışda kombini 40 dərəcədə qoyanda belə kifayət qədər normal istilik olur , Kondisionerdə var evdə.
Ev yalnız ailəyə verilir. Gənc ailə üçün idealdır. Kompleksin geniş heyəti var sentyabr ayından iyun ayına qədər həyətində maşın saxlamaq olur.
Xahiş edirəm, qəti şəkildə vasitəçi şəxslər narahat etməsin. Heç bir halda vasitəçilərə ötürülmür, məsələ faiz deyil.
Komunallar və komendant ödənişi qiymətə daxil deyil.
© Mehemmed Piriyev · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.