Kia Sorento 2010, 2.0 dizel
Maşın alverçisi deyiləm, şəxsi avtomobilimdir. Ev–iş və ailə məqsədilə istifadə olunub.
Spidometrin hazırkı göstəricisi 224 000 km-dir və yürüş originaldır, geri çəkilməyib. Avtomobilə 220 000 km-də ümumi texniki qulluq olunub.
• Karobkanın yağı filtr ilə birlikdə dəyişdirilib (orginal)
• Hava sistemi təmizlənib
• Mühərrikin sepi originalı ilə əvəz olunub (orginal)
• Ümumi texniki qulluq göstərilib
Kuzovu tam originaldır. Heç bir detalında rəng yoxdur, sonradan rənglənmiş və ya dəyişdirilmiş detal yoxdur.
Bütün funksiyaları işlək vəziyyətdədir:
• Kondisioner əla işləyir
• Klimat-kontrol
• İşıq sensoru
• Yağış sensoru
• Oturacaqların qızdırılması
• Sürücü oturacağında oturacaq soyutması
• Digər bütün funksiyalar işləkdir
7 nəfərlik, geniş və rahat ailə avtomobilidir.
Maşını istənilən servisdə və ustada yoxlatdırmaq olar. Yoxlama zamanı real texniki xərc çıxarsa, qiymətdə nəzərə alınacaq.
Xahiş edirəm, spidometri geri çəkilmiş və vəziyyəti fərqli olan bəzi Sorentolarla bir tutmayın. Maşın şəxsi istifadə olunub və vaxtında qulluq edilib.
Qiyməti avtomobilin real vəziyyəti nəzərə alınaraq dəyərindən aşağı qoyulub. Böyük endirim gözləməyin. Real alıcı ilə avtomobilə baxıldıqdan sonra müəyyən qədər razılaşmaq mümkündür.
© Zaur · turbo.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.