Yerinə yetirəcəyi işlər
Şirkət strategiyalarına uyğun olaraq bazarın araşdırılması, müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsul və xidmətlərin tanıtımını həyata keçirmək;
Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;
Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;
Satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması;
Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;
Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.
Bazar, rəqabətlilik və müştəri analizləri etmək;
Sifarişləri qəbul etmək və izləmək, satış hədəflərini yerinə yetirmək, debitor borclarına nəzarət etmək.
Tələblər
Biliklər
Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar;
Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı;
Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək;
Məhsul və xidmətlərin xüsusiyyətləri, üstünlükləri və rəqabət üstünlükləri barədə bilik;
Satış hesabatlarının hazırlanması və satış nəticələrinin təhlili bacarığı;
Müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməsi üzrə bilik;
Çarpaz satış (Cross-selling) və əlavə satış (Up-selling) texnikaları üzrə bilmək
Yumşaq bacarıqlar
Effektiv Kommunikasiya
İnandırma və təsiretmə
Danışıqlar aparmaq bacarığı
Müştəriyönümlülük
Vaxtın idarə edilməsi
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Stressə Davamlılıq və Çeviklik
Təhsil - Ali və ya orta ixtisas təhsili
İş stajı - FMCG, HoReCa, B2B və ya distribusiya sahəsində 3 il iş təcrübəsi
Dil bilikləri - Azərbaycan dili (əla), rus dilini bilmək əlavə üstünlükdür
Komyuter bilikləri - Microsoft Office (yaxşı), CRM proqramları
İş şəraiti
İş rejimi: 5 günlük, 09:00-18:00
İş yeri: Bakı, Astara, hibrid
Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli
Əlavə imtiyazalar
Korporativ nömrə
Nahar Yeməyi
Satış Marşrutuna görə Yanacaq Limiti
Təlim Dəstəyi
Tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (“Korporativ satış üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur)
Son müraciət tarixi: 23.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/green-plant-mmc-korporativ-satis-uzre-mutexessis-152037