Bankın kredit portfelinin mütəmadi təhlilinin aparılması;Kredit portfelinin risk göstəricilərini əks etdirən hesabatların (Vintage, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) hazırlanması və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət edilməsi;Kredit riskləri üzrə göstəricilərin bankın müəyyən etdiyi risk limitlərinə uyğunluğuna nəzarət edilməsi;Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması;IFRS 9 tələblərinə uyğun ehtiyatların hesablanması;Prudensial ehtiyatların hesablanması və Mərkəzi Bankın müvafiq qaydaları üzrə biliklərin tətbiq edilməsi.
Üstünlüklərimiz:
Komanda daxilində bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar inkişaf imkanları;Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq imkanları;Peşəkar və dəstəkləyici komanda mühiti;Güclü korporativ mədəniyyət.
Tələblər:
Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;Excel, Toad və Oracle PL/SQL proqramları üzrə yüksək səviyyədə bilik;IFRS 9 hesabatlarının hazırlanması üzrə bilik və praktiki təcrübə;PD, EAD, LGD və ECL modellərinin qurulması və yenilənməsi üzrə biliklər arzuolunandır;Power BI üzrə biliklər arzuolunandır;Python və/və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır;Statistik biliklər;Bank məhsulları haqqında geniş məlumat;Güclü məntiqi və analitik düşünmə qabiliyyəti;Böyük həcmli məlumat bazaları ilə işləmək və təqdimatlar hazırlamaq bacarığı;İngilis və rus dillərini bilmək arzuolunandır;Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-kredit-riskleri-ehtiyatlanmasi-ve-analitikasi-uzre-mutexessis-94272046/apply