Namizədə dair tələblər:
Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat);
Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi;
Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
MS Excel proqramını yaxşı səviyyədə bilmək;
Mühasibat proqramları ilə iş bacarığı (LOGO proqramı ilə iş təcrübəsi üstünlük hesab olunur);
E-taxes (vergi portalı),e-custom və internet-bankçılıqla başlanğıc səviyyəsində iş bacarığı;
Diqqətlilik, məsuliyyət, analitik düşüncə və ünsiyyət bacarığı.
Vəzifələr:
Bank hesablarına mədaxil və məxaric olunan bütün əməliyyatları bank çıxarışları əsasında vaxtında mühasibat proqramında (LOGO) qeydiyyata almaq;
Proqramdakı bank qalıqlarını bank çıxarışı ilə müntəzəm olaraq tutuşdurmaq və fərqləri aşkar edib aradan qaldırmaq.
POS terminallar vasitəsilə daxil olan məbləğləri sistemdə işləmək;
Terminal hesabatlarını, bank daxilolmalarını və kassa (satış) məlumatlarını tutuşdurmaq;
Bank komissiyalarını düzgün uçota almaq;
Pərakəndə satış məbləğlərinin tam və düzgün əks olunmasına nəzarət etmək.
ƏDV depozit hesabına mədaxil və məxaric olunan əməliyyatları mühasibat proqramında (LOGO və ya digər) qeydiyyata almaq;
ƏDV depozit hesabının qalığını e-qaimələr və vergi orqanının məlumatları ilə tutuşdurmaq.
Gömrük avans hesabı üzrə köçürmələri və gömrük rüsumlarının silinməsini sistemdə işləmək;
Gömrük bəyannamələri əsasında hesablanmış ödənişləri uçota almaq;
Hesabın qalığına nəzarət etmək və qalıq azaldıqda rəhbərliyə vaxtında məlumat vermək.
Aylıq əmək haqqı cədvəlini hazırlamaq və təsdiqdən sonra ödəniş üçün ödənilməsi üçün göndərmək;
İşçilərə verilən avans ödənişlərini qeydiyyatını aparmaq;
Hesablanmış əmək haqqını və ondan tutulmaları (gəlir vergisi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta) xərc kimi tanımaq;
Ay sonunda əmək haqqı hesablamalarının yoxlanılması və hesabatı təqdim etmək;
Çalışanların qalıq və nəticələrinə (qalıq, borc, avans) nəzarət etmək.
Müştərilərdən daxil olan ödənişləri daxil etmək və düzgünlüyünü yoxlamaq;
Müştərilərlə hesablaşmaların üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək
Vaxtı keçmiş borclar barədə Maliyyə Menecerinə məlumat vermək.
Şirkət tərəfindən:
Peşəkar inkişaf və öyrənmə imkanı;
Karyera yüksəlişi;
Peşəkar və dinamik iş mühiti;
Əmək müqaviləsi;
İş şəraiti
İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 24.10.2026
© Superfon · jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.