Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;
Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibini həyata keçirmək;
İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Saatlı;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib - Saatlı” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 25.10.2026
© Kristal · jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.