Komandamıza Odoo sisteminin tətbiqi və inkişafı üzrə təcrübəli mütəxəssis axtarırıq. Namizəd Odoo modullarını biznes proseslərinə uyğunlaşdırmağı, modullar arasında əlaqələr qurmağı və Python ilə yeni funksionallıq hazırlamağı bacarmalıdır.
Vəzifə öhdəlikləri
Odoo modullarını şirkətin ehtiyaclarına uyğunlaşdırmaq;
Yeni modullar və mövcud modullar üçün əlavə funksiyalar hazırlamaq;
Satış, CRM, satınalma, anbar, istehsal və mühasibatlıq kimi modullar arasında məlumat axınını qurmaq;
Odoo-nu digər sistemlərlə API vasitəsilə inteqrasiya etmək;
Xətaları araşdırmaq və aradan qaldırmaq;
Hazırlanan funksiyaları test etmək və texniki sənədləşmə aparmaq;
Biznes tələblərini təhlil edərək Odoo daxilində praktik həllər təklif etmək.
Namizədə tələblər
Odoo ilə işləmək və modulları fərdiləşdirmək üzrə praktik təcrübə;
Python dilində sərbəst kod yazmaq bacarığı;
Odoo modelləri, sahələri, görünüşləri, təhlükəsizlik qaydaları və ORM ilə iş təcrübəsi;
PostgreSQL və XML üzrə biliklər;
API inteqrasiyaları və modullar arasında əlaqələrin qurulması üzrə təcrübə;
Mövcud kodu oxumaq, problemi müəyyənləşdirmək və həll etmək bacarığı;
Git ilə işləmək bacarığı.
Üstünlük veriləcək
Odoo 18 və ya 19 ilə iş təcrübəsinə;
Odoo-nun istehsal, anbar və mühasibatlıq modulları ilə işləmək təcrübəsinə;
Docker və Linux serverləri ilə iş bacarığına;
Əvvəl hazırladığı Odoo modullarından və ya inteqrasiyalardan nümunələr təqdim edə bilən namizədlərə.
Təklif edirik
AI, Generative AI və rəqəmsal transformasiya layihələrində iştirak imkanı
Müxtəlif sənaye sahələri üzrə innovativ layihələr üzərində işləmək fürsəti
Peşəkar inkişaf və təlim imkanları
Uzunmüddətli karyera və inkişaf perspektivi
CV və ən maraqlı infrastruktur/data layihəniz haqqında qısa məlumatı mövzuda “Odoo/Python Engineer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Son müraciət tarixi: 23.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/riwire-model-group-odoo-python-mutexessisi-152016